Accessibility links

Təbriz, Zəncan və Həmədanda edamlar həyata keçirilib


Təbriz, "Beheşti Ədliyyə Kompleksi"
Təbriz, "Beheşti Ədliyyə Kompleksi"

Təbriz, Zəncan və Həmədan həbsxanalarında 4 məhbus edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı (İHR) və HRA agentliyi məlumat yayıb.

Martın 17-də Təbriz Mərkəzi Həbsxanasında Əsgər Təbərizin adlı məhbus qəsdən adam öldürmə ittihamı ilə edam edilib. Edam olunan şəxsin 34 yaşında və Şərqi Azərbaycan vilayətində yerləşən Sərəskənd şəhəri (Həştrud) sakini olduğu bildirilib.

Hüquq-müdafiə təşkilatının yaydığı məlumata görə, o, 3 il əvvəl işlədiyi sexdə emalatxananın nəzarətçisi ilə münaqişə zəminində qətl törədib.

Həmçinin aprelin 11-də Zəncan həbsxanasında narkotik cinayətləri ilə bağlı təqsirli bilinən bir kişi və bir qadın asılıb. İHR-nin məlumatına görə, bu iki şəxsin kimliyi 29 yaşlı İsmayıl Həsəniyani və onun həyat yoldaşı 19 yaşlı Mərcan Hacızadə kimi müəyyən edilib.

HRA xəbər agentliyi aprelin 14-də Həmədan həbsxanasında narkotik cinayətləri ilə bağlı Arslan Haşimi adlı məhbusun edam edildiyini də açıqlayıb.

İran mediası və məhkəmə orqanları bu məhbusların edamı ilə bağlı məlumat verməyib. İranda fəaliyyət göstərən insan haqları təşkilatları öz mənbələrinə əsasən bu edamlarla bağlı hesabatlar hazırlayır.

İHR-nin saytında dərc etdiyi hesabata görə, 2024-cü ilin əvvəlindən ölkədə 106 nəfər edam edilib, onlardan 4-ü qadındır.

Forum

XS
SM
MD
LG