Accessibility links

Sina Yusufi: İran höküməti repressiyaya davam etdiyi üçün BMT faktaraşdırıcı missiyasının da fəaliyyəti uzadılmalı idi


Sina Yusufi, vəkil
Sina Yusufi, vəkil

Hüquqşünas Sina Yusufi Amerikanın Səsi ilə söhbətində Birləşmiş Millətlər Təşkilatının İranda 2022-ci ilin etirazları ilə bağlı təşkil etdiyi fakt-araşdırma missiyasının vəzifə müddətinin uzadılması, eləcə də fevralın ilk həftəsində İranın müxtəlif vilayətlərində tutulub və Tehranın Evin həbsxanasına köçürülən türk fəalların işi haqqında danışıb.

Sina Yusufi: İran höküməti repressiyaya davam etdiyi üçün BMT faktaraşdırıcı missiyasının da fəaliyyəti uzadılmalı idi
please wait

No media source currently available

0:00 0:08:43 0:00
Direct link

Sina Yusufi hesab edir ki, müxtəlif şəhərlərdən Tehranın Evin həbsxanasına aparılan fəallar İranın Ali Milli Təhlükəsizlik Şurasının göstərişi ilə nəzarət altına alınıblar.

Fevralın 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın siyasi fəallardan bəziləri keçən həftələrdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar. Həbsi davam edən digər fəalların nəzarət müddətinin bu yaxınlarda uzadıldığı bildirilib.

İnsan haqları vəkilinin dediklərinə görə, “əgər bir şəxs bir qanunsuzluq etsə, onun işinə baxmaq səlahiyyəti o qanunsuzluğun baş verdiyi bölgədə olar. Bu işə baxanda görürük ki, müxtəlif şəhərlərdən müxtəlif şəxslər tutularaq Tehrana aparılıb. Bu göstərir ki, bu işin arxasında Ali Milli Təhlükəsizlik Şurası var və mərkəzdən gəlmə bir qərardır ki, bunları nəzarət altına alıb və sorğu-sual edirlər.”

Evin həbsxanasına aparılan fəallardan bəziləri, o cümlədən Murtəza Pərvin və Əbdüləziz Əzimi Qədim keçən həftələrdə qanunsuz həbs və saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçiriblər.

“Bunların ittihamları bəlli olmadığı üçün hansı səbəblərə görə həbs olunduqlarını danışmaq olmaz. Ancaq bəllidir ki, bu, təhlükəsizlik qurumu tərəfindən proqramlanmış bir prosesdir,” Sina Yusufi bildirib.

Hüquqşünas müsahibədə həmçinin BMT-nin İranda 2022-ci ilin etirazları ilə bağlı fakt-araşdırma missiyasının İnsan haqları şurasının Cenevrədə keçirilən 55-ci sessiyasında təqdim etdiyi hesabatı və missiyanın vəzifə müddətinin uzadılması haqqında danışıb.

O, faktaraşdırcı missiyanın 2022-ci ildə baş qaldıran geniş etirazlardan sonra hökümətin tətbiq etdiyi böyük miqyaslı hüquq pozuntularını sənədləşdirməkdə önəmli rol oynadığını vurğulayıb:

“Həqiqətləri demək olar ki, İnsan Haqları Şurasındakı ölkələrin çoxu bilirdi. Amma elə ki, sənədli olsun və şahidlər orada danışsın, bu olmamışdı və bunu faktaraşdırıcı komitə sənədləşdirdi.”

Hüquqşünas hesab edir ki, missiyanın vəzifə müddətinin uzadılması lazım idi.

“Həm bir il o olayların sənədləşdirilməsi üçün çox az müddət idi və buna görə uzadıldı ki, daha çox araşdırılsın. Həm də ki, İslam Respublikası repressiyaya davam edir. Ona görə lazım idi ki, komitənin də fəaliyyəti davam etsin” - deyə, insan haqları vəkili əlavə edib.

Forum

XS
SM
MD
LG