Accessibility links

Məhkəmə Naxçıvan Penitensiar Xidmətinin keçmiş rəisini 10 il həbsə məhkum edib


Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hakim Hüseyn Məmmədovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Hökmə əsasən, Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü ilin yanvarında həbs edilib. O Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.

Həsənov Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2, 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Forum

XS
SM
MD
LG