Accessibility links

Qərbi Azərbaycan vilayətinin ədliyyəsində sosial media monitorinqi bölməsi yaradılıb


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Ətəbati sosial media monitorinqi bölməsinin yaradıldığını açıqlayıb.

Fars xəbər agentliyinin yaydığı məlumata görə, vilayət ədliyyəsində qurulan bu bölmə, sosial şəbəkələrə nəzarət edəcək və kiber-məkanda baş verən cinayətlərə sürətli tədbir görəcək.

Qərbi Azərbaycan vilayətinin ədliyyə rəisi Nasir Ətəbati bildirib ki, "kiber-məkanda saxtakarlıq, korrupsiya, əxlaqsızlıq və separatçılıq və birlik əleyhinə məsələlər kimi cinayətlər törədilir."

Ədliyyə rəisi bu sosial mediada həmin cinayətlərə qarşı tədbirli olmaq məqsədilə monitorinq bölməsinin açılmasının zəruri olduğunu irəli sürüb.

Ötən həftələrdə Qərbi Azərbaycanın onlarla sakini sosial şəbəkələrdəki fəaliyyətlərinə görə həbs edilib. Qərbi Azərbaycanda parlament seçkilərindən əvvəl və sonra bu vilayətdə sosial media fəallarının həbs olunması xəbəri yayılmışdı.

Seçkilərdən əvvəl polis sosial mediada fəaliyyət göstərən və “ictimai rəyi çaşdırmaq” və “seçkilərdə iştirak etməməyə dəvət etmək” ittihamlarından suçlanan 50 nəfərin həbs edildiyini bildirimişdi.

Parlament və Üləma Məclisi seçkilərindən sonra isə Qərbi Azərbaycanın ədliyyə rəisi Ətəbati sosial media üzərindən “vilayətdə ictimai asayişi və təhlükəsizliyi pozmaq, təhqir və böhtan atmaq” ilə məşğul olan bir neçə nəfərin həbs edildiyini bildirmişdi. O, həbs olunanların sayı və kimliyi barədə məlumat verməmişdi.

Hazırda İranda Telegram, WhatsApp, İnstagram, Facebook və X daxil olmaqla, bütün populyar xarici sosial media platformaları qadağan edilib və bu sosial medialara giriş yalnız VPN-dən istifadə etməklə mümkündür.

Ölkədə kibernetika polisi vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətlərini izləyir. Bir çox mədəni fəal İran Azərbaycanında şəxsi sosial media hesablarında tənqidi məzmunlar paylaşdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müxtəlif ittihamlarla mühakimə edilirlər. Dindirildiyi vaxt fəalların hesabları kibernetika polis tərəfindən ələ keçirilir və bağlanır.

Forum

XS
SM
MD
LG