Accessibility links

Vədud Əsədi müvəqqəti olaraq Evin həbsxanasından azad edilib


Vədud Əsədi
Vədud Əsədi

Gilan vilayətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədi martın 9-da Evin həbsxanasından müvəqqəti olaraq zaminə buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Vədud Əsədi Evin həbsxanasından 800 milyon tümənlik girov müqabilində məhkəmənin son hökmü çıxana qədər sərbəst buraxılıb. Məhkəmənin milli fəalın müvəqqəti olaraq sərbəst buraxılması üçün qəbul etdiyi mülki zəmanət məbləğinin yüksək olması, fəalın ailəsini bu girovun təmin edilməsində problemlər üzləşdirmişdi. fəalın ailəsi və yaxınlarının səyləri nəticəsində mülki zəamnətin təmin olunması ilə türk fəal zaminə buraxılıb.

Əsədiyə qarşı irəli sürülən ittihamlar və təhlükəsizlik qüvvələri tərəfindən həbsinin səbəbi barədə məlumat yoxdur.

O, fevralın 6-da Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, daha sonra Evin həbsxanasının təcridxanasına köçürülüb və bir neçə həftə dindirilib. Təqribən bir ay nəzarətdə saxlanıldığl müddətdə ona ailəsi ilə sadəcə bir neçə dəqiqəlik telefon əlaqəsi saxlamağa icazə verilib.

Dindirildiyi müddət ərzində o, vəkil tutmaq və ailəsi ilə görüşmək hüququndan məhrum edilib.

Bu fəalın müvəqqəti azadlığa buraxılması ilə azadlığa çıxan türk fəalların sayı 4-ə çatıb. Amma hələ də, cox sayda fəal təhlükəsizlik qüvvələrinin təcridxanalarında saxlanılır.

Fevralın 5, 6 və 7-də milli fəallar Səid Minayi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Əfşar, Vədud Əsədi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.

İndiyə qədər Salar Tahir Əfşar, Aydın Məhəmmədi, Səid Dustan və Vədud Əsədi müvəqqəti olaraq azadlığa buraxılıb. Beləliklə, 10 milli fəal hələ də həbsdə saxlanılır.

Forum

XS
SM
MD
LG