Accessibility links

Rza Talibi: İranda son seçkilər post-Xameneyi dövrünə hazırlıq prosesinin bir hissəsi idi


Rza Talibi
Rza Talibi

İran rəsmiləri martın 1-də keçirilən Parlament və Ekspertlər Məclisi seçkilərində seçici fəallığının təqribən 41 faiz olduğunu açıqlayıblar. Bu, 1979 İslam İnqilabından sonra ən aşağı göstəricidir.

Jurnalist və siyasi şərhçi Rza Talibi Amerikanın Səsi ilə söhbətində son seçkiləri İslam Respublikasının post-Xameneyi era üçün apardığı hazırlıq prosesinin bir hissəsi olduğunu ifadə edib.

Mart ayının 1-də 4 ildə bir keçirilən parlament seçkiləri ilə yanaşı 8 ildən bir yenilənən ekspertlər məclisinin seçkiləri də keçirilib. Ekspertlər və ya Xübrələr Məclisi 88 din xadimindən ibarət olan və İranın ali dini rəhbərini təyin etmək səlahiyyətinə malik olan məsləhətçi orqandır. Hazırki Ekspertlər Məclisinin üzvü olan İranın sabiq prezidenti Həsən Ruhani diskvalifikasiya edildiyi üçün 1 mart seçkilərində namizədliyini irəli sürə bilmədi.

Rza Talibi: İranda son seçkilər post-Xameneyi dövrünə hazırlıq prosesinin bir hissəsi idi
please wait

No media source currently available

0:00 0:16:35 0:00
Direct link

Rza Talibi rekord aşağı seçici fəallığını İran İslam Respublikasının “məşruiyyət və məqbuliyyətini itirməsi” anlamına gəldiyini önə çəkir. Ancaq, o eyni zamanda deyir ki, ali dini lider Seyyid Əli Xamaneyi üçün seçkilər vasitəsi ilə güc tənliklərini tənzimlənməsi seçici fəallığından daha vacib idi.

“Hakimiyyət seçkilər vasitəsi ilə gücü paylaşır. Yəni, bunların öz arasında bir paylaşma kimi, necə ki, Müstəzəfan Fondu hakimiyyət daxilindəki bir qrupun əlində, İmdad Komitəsi başqasının və neft də başqasının əlində. Bir mafiya hakimiyyəti olduğu üçün məcburdurlar ki, güc mərkəzlərini kontrolda saxlamaq üçün pay-bölüş etsinlər. Ona görə, bu seçkilərdə də fərqli ittifaqlara paylar verildi. Post-Xameneyi dövrə keçid prosedurlarını idarə etmək üçün hazırlanırlar,” jurnalist söyləyir.

O, növbəti parlament vəkilləri və Ekspertlər Şurası üzvlərinin tərkibinə diqqət çəkərək ali dini liderin istədiyi nəticəni əldə etdiyini önə sürür.

“Bu planların mərkəzində Əli Xameneyi var. Xameneyi olana qədər bu sistem davam edəcək. Xameneyi buna çalışır ki, mərkəz dağılmadan gələcək rəhbəri müəyyənləşdirsin və bu istiqamətdə birlikdə çalışa biləcəyi şəxsləri Sepahın mühəndisliyi ilə post-Xameneyi dövrünə hazırlasın. Bu seçkilər vasitəsi ilə, həm parlament yeknəsəq bir şəkildə onun əmrində oldu, həm də Xübrələr Məclisi,” Rza Talibi qeyd edir.

Talibinin dediklərinə görə, Seyyid Əli Xameneyi bu seçkilər sırasında həmçinin bəzi iddialı siyasətçilər və dini liderləri güc mərkəzlərindən uzaqlaşdırmağa və ya zəiflətməyə çalışıb.

Forum

XS
SM
MD
LG