Accessibility links

İki milli fəal müvəqqəti olaraq Evin həbsxanasından azad edilib


FILE PHOTO: View of the entrance of Evin prison in Tehran
FILE PHOTO: View of the entrance of Evin prison in Tehran

Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən azərbaycanlı fəallardan Səid Dustan və Aydın Məhəmmədi girov müqabilində müvəqqəti olaraq Tehranın Evin həbsxanasından azadlığa buraxılıblar.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Səid Dustan 300 milyon və Aydın Məhəmmədi 800 milyon tümənlik girov qarşılığında məhkəmənin yekun qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Ərdəbil sakini olan milli fəal Səid Dustan fevralın 12-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasındakı təcridxanaya aparılmışdı.

Səid Dustan Ərdəbil İnqilab Məhkəməsinə müraciət etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb dindirilmək üçün Evin həbsxanasının təcridxanasına köçürülmüşdü.

Evin həbsxanasından azad edilmiş digər bir fəal Aydın Məhəmmədi isə fevralın 5-də təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildəki iş yerində həbs edilmişdi.

Son aylarda İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin azərbaycanlı milli fəallara qarşı təzyiqlərini nəzərəçarpacaq dərəcədə artırdığı müşahidə olunur. Fəalların təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qaldığı, həbs edildiyi və Kəşfiyyat İdarəsinin təcridxanalarında aylarla sorğu-suala çəkildiyi bildirilir.

Forum

XS
SM
MD
LG