Accessibility links

Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə Bakı vaxtı ilə saat 19-da başa çatıb. Bülletenlərin sayılmasına başlanılıb.

Səsvermə son 30 ildə ilk dəfə Azərbaycanın suverenliyində olan bütün ərazilərdə, 125 seçki dairəsindəki 6 319 seçki məntəqəsi üzrə aparılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatının Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrinə görə, hazırki president İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Zahid Oruc 1.8, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Razi Nurullayev 0.9, Elşad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səs yığıb.

Bu, Azərbaycanda prezidentlik uğrunda keçirilən 9-cu rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

Seçkilərdə yeddi namizəd iştirak edib. Bunlar hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Forum

XS
SM
MD
LG