Azərbaycanda prezident seçkilərinə müşahidəçilərin baxışları
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidəçilər izləyir. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (PA), MDB Parlament Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, digər ölkə və parlamentlərin müşahidə missiyaları var.
Bu gün ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov (Ukrayna) bildirib ki, hazırda ATƏT DTİHB-nin və ATƏT PA-nin üç yüz seçki müşahidəçisi ölkənin bütün regionlarında müşahidə aparır.
“ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir. Buraya ATƏT PA-nin qısamüddətli müşahidəçiləri, ATƏT DTİHB-nin uzunmüddətli və qısamüddətli müşahidəçiləri daxildir. Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkiləri müşahidə edir”, o qeyd edib.
Məqalənin davamı burada.
Misir Mərdanov: Hansı məntəqədə olmuşamsa, ciddi növbə görmüşəm
Sabiq Təhsil naziri və seçki müşahidəçisi Misir Mərdanov insanların seçkilərə həvəslə gəldiyini bildirir.
Prezidentliyə namizəd Razi Nurullayev seçkilər haqda
Prezidentliyə namizəd Razi Nurullayev seçkilərdə səs verdikdən sonra jurnalistlər qarşısında çıxış edib.
Sorğu: Səsvermədə iştirak etmisinizmi?
Bakı sakinlərindən 7 fevral prezident seçkilərində iştirak edib-etmədiklərini soruşduq.