Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərəncam ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə bildirib ki, pensiyaların indeksləşdirilməsi sadəcə reqlamentdir, qanunun tələbidir.