Accessibility links

Şahin Xiyavlı: Video-mesaj kampaniyaları ilə İran hakimiyyətinin haqsız-hüquqsuz həbsləri ifşa olunur


Şahin Xiyavlı
Şahin Xiyavlı

Təqribən iki həftədir İran Azərbaycanı və Tehranda yaşayan çox sayda mədəni və siyasi fəal sosial şəbəkələrdə video-mesajlar paylaşaraq, Təbriz, Ərdəbil, Urmiyə və Tehran kimi şəhərlərdə həbsdə olan türk fəallara dəstək bildirirlər.

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətində hazırda davam etməkdə olan video-mesaj kampaniyasının siyasi məhbuslara dəstəkdən əlavə, məshbusların ailələri ilə həmrəylik nümayişi və hakimiyyətin basqılarının ifşa olunması baxımından önəmli olduğunu vurğulayıb.

please wait

No media source currently available

0:00 0:12:45 0:00
Direct link

“Bu kampaniya kəşfiyyat qurumunda saxlanılan Yürüş Mehrəlibəylinin ailəsi tərəfindən, [qardaşı] Yılmaz Mehrəlibəylinin öz sosial mediasında ‘bizim səsimizə səs verin!’ mesajı ilə başladı... mənə görə, bu kampaniya son illərdə ilk nümunə idi ki, siyasi məhbuslarımızın səsini toplumun digər qatlarına duyurmaq üçün belə bir təşəbbüs oldu və indi də davam edir,” Şahin Xiyavlı söyləyib.

O, siyasi məhbusların birləşdirici üsnür olduğunu ifadə edir.

“Bizim siyasi məhbuslarımız bizim ortaq dəyərimizdir. Yəni bu ortaq dəyərdə hərkəs birləşə bilər. Hər fəal hər hansı görüşdən, hər hansı fikirdən olursa olsun, siyasi məhbus kategoriyasına girdiyi zaman bunu hərkəs müdafiə etməlidir,” o qeyd edib.

Hüquq müdafiəçisi hesab edir ki, davam etməkdə olan video-mesaj kampaniyalarının həm məhbusların ailələri ilə həmrəylik nümayişi, həm də hakimiyyətin tətbiq etdiyi basqıların “ifşa olunması” baxımından önəmlidir.

Hüquq müdafiəçisi fəallara dəstək kampaniyasının əhəmiyyətini vurğulayıb.

“Önəmli məsələlərdən birisi dayanışma və dəstək məsələsidir. Həm siyasi məhbusların ailələrinə bir növ dayanışma və dəstək göstərmək. Digər tərəfdən məhbuslar və məhbusların ailələrini özlərini yalnız hiss etməmələrini təmin etmək və onlara moral vermək. Başqa bir məsələ də, insanların haqsız və hüquqsuz yerə öz-xoşuna həbs edilməsini ifşa etmək. Bəzən də belə kampaniyalar daha geniş olduğu zaman hətta İran kimi ölkələrdə də bəlli dəyişikliklərə səbəb ola bilər, yəni bəzən təhlükəsizlik güclərinin davranışını dəyişdirə bilər,” Şahin Xiyavlı bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG