Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı və Səda TV-nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə vəkillər müdafiə çıxışı edib. Məhkəmə fevralın 9-da Əvəz Zeynallı və Elnur Şükürovun son söz çıxışı ilə davam edəcək.