Bakıda "Handicraft"-ın təşkilatçılığı ilə əyləncə və əl işlərinin satış yarmarkasından ibarət festival keçirilib. "Bizimkilər" adlı festivalda bir çox sənətkar öz əl işlərini sərgiləmək və satmaq imkanı qazanıb. 15-17 dekabr tarixlərində baş tutan festival boyunca canlı musiqi proqramları, müxtəlif əyləncələr təşkil edilib. Həmçinin, yerli dizaynerlərin əl işləri, yerli brendlər ziyarətçilərə təqdim olunub. Festivalın təşkilatçısı Jalə Nəcəfova deyir ki, onun məqsədlərindən biri də bayram ərəfəsində özü və yaxınları üçün hədiyyə axtaran insanlara imkan yaratmaqdır. Festivalın ilk günündə ziyarətçilər rəssamların və sənətkarların əsərləri ilə tanış olmaq və əldə etmək imkanı qazanıblar. İkinci gündə isə gözəllik məhsulları, aksesuarlar, dizaynerlərin əl işlərinin satışı təşkil olunub. Eyni zamanda, uşaqlar üçün müxtəlif masterklaslar da təşkil edilib. Festivalın sonuncu günündə yerli geyim və aksesuar dizaynerləri yeni kolleksiyalarını təqdim ediblər.
Bakıda "Bizimkilər" festivalı keçirilib
Bakıda "Handicraft"-ın təşkilatçılığı ilə əyləncə və əl işlərinin satış yarmarkasından ibarət "Bizimkilər" festivalı keçirilib. 15-17 dekabr tarixlərində baş tutan festivalda bir çox sənətkar öz əl işlərini sərgiləmək və satmaq imkanı qazanıb, yerli brendlər ziyarətçilərə təqdim olunub.
Episodes
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası