Accessibility links

Güneyli fəal Əşkan Səadətmehr məhkəməyə çağırılıb


Güneyli fəal Əşkan Səadətmehr
Güneyli fəal Əşkan Səadətmehr

Urmiyə sakini olan milli fəal Əşkan Səadətmehr Urmiyə İnqilab Məhkəməsinin 2 saylı şöbəsindən bildiriş alaraq, məhkəməyə çağırılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada həmin bildirişin surətini yayıb.

Məhkəmə çağırış vərəqəsində qeyd oldunduğu kimi o, dekabrın 6-da məhkəməyə müraciət etməlidir.

Milli fəalın çağırışı ilə eyni vaxtda onun İnstagram səhifəsi kəşfiyyat agentləri tərəfindən bağlanıb.

Səadətmehr sentyabrın 20-də həbs edilib və bir neçə gündən sonra Urmiyə həbsxanasına köçürülüb. O, təqribən 20 günlük həbsdə saxlanıldıqdan sonra bir milyard tümən girov müqabilində Urmiyə həbsxanasından zaminə buraxılıb.

Əşkan Səadətmehr İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilib.

Forum

XS
SM
MD
LG