Accessibility links

Sabir Hüseynzadə Təbriz həbsxanasından zaminə buraxılıb


Sabir Hüseynzadə
Sabir Hüseynzadə

Sabir Hüseynzadə cümə axşamı noyabrın 23-də Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəs buraxılıb.

Bu barədə HRA xəbər agentliyi məlumat yayıb.

Təxminən bir ay əvvəl Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürülən Sabir Hüseynzadə mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər sərbəst buraxılıb. Buraxılan girov məbləği barədə məlumat yayılmayıb.

Həmçinin, Hüseynzadənin həbsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar barəsində də məlumat yoxdur.

Sabir Hüseynzadə Şərqi Azərbaycan vilayətinin Tufarqan (Azərşəhr) şəhərində oktyabrın 15-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Forum

XS
SM
MD
LG