Accessibility links

Jalə Təbrizli: Siyasi məhbusların ailələri etirazını nümayiş etdirməlidir, bunun təsiri çox olur


Jalə Təbrizli
Jalə Təbrizli

Bu yaxınlarda İran Azərbaycanında aralarında tanınmış siyasətçi, yazar və sənətkarların da olduğu təqribən 200 mədəni fəal Təbrizdə uzun müddətdir təhlükəsizlik qurumunun təcridxanalarında saxlanılan siyasi məhbuslara dəstək bəyanatı imzalayıblar.

Bəyanatı imzalayanlar məhbuslara tətbiq edilən ağır basqıların saxta etiraflar almaq hədəfi ilə istifadə ediləcəyinə dair narahatlıqların olduğunu ifadə ediblər.

Hüquq müdafiəçisi Jalə Təbrizi də Amerikanın Səsi ilə söhbətində keçmiş nümunələrə diqqət çəkərək hüquq müdafiəçilərinin də eyni narahatlığı bölüşdüklərini bildirib.

Jalə Təbrizli: Siyasi məhbusların ailələri etirazını nümayiş etdirməlidir, bunun təsirir çox olur
please wait

No media source currently available

0:00 0:12:43 0:00
Direct link

Jalə Təbrizli deyib ki, “ailələrə cavab vermirlər. Ailələrə demirlər ki, övladlarınızı niyə tutmuşuq, niyə kəşfiyyat qurumunda saxlayırıq, nə səbəblə saxlayırıq. Qoymurlar telefon etsinlər. Nəticədə, ailələr və insan haqları müdafiəçiləri bu vəziyyətdən narahatdır. Elə düşünürük ki, bunlara çox basqı edirlər ki, bir sıra etirafa məcbur etsinlər ki, sonra onların əleyhinə işlədilsin. Çünki, rejim daha əvvəl siyasi məhbuslara qarşı bunları edib.”

Keçən sentyabr ayından bəri Təbrizdə saxlanılan türk fəallar Murtuz Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb. Daha sonra başqa fəallar, o cümlədən Yürüş Mehrəlibəyli və Hamid Yeganəpur da həbs edilərək Təbrizdəki kəşfiyyat təcridxanalarına göndəriliblər.

Jalə Təbrizli məhbusların hələ mühakimə olunmadığını bildirib. Onun sözlərinə görə, “bunlar mühakimə olunmayıb və vəkilləri yoxdur. Heç bunlar nə edib ki tutulub, o da bəlli deyil. İran məhkəmələri ümumiyyətlə və xüsusən Azərbaycanda vəkilə heç yol vermirlər. Bəzən də özləri seçdikləri vəkili verirlər. Bir məhkəmə də olmur ki, özünü müdafiə etmək üçün vəkil tutsun. Bunların vəziyyəti ağırdır”.

Hüquq müdafiəçisi təqribən 20 gün öncə həbs edilən Yürüş Mehrəlibəylinin ailə üzvlərinin fəaliyyətlərinə diqqət çəkərək deyib ki, “ailələr özləri böyük bir rol oynaya bilər. Yürüş Mehrəlibəylinin anası çox gözəl hərəkət başlatdı. Həbs edilən fəalların ailələrinin etirazı həm dünya səviyyəsində eşidilər, həm də İslam Cümhuriyyəti görər ki, bunların qarşısını ala bilməyəcək. Ailələrin simvolik etirazlarının genişlənməsi lazimdir. Ailələr etirazlarını göstərərək öz övladlarından xəbər ala bilərlər.”

Jalə Təbrizli müsahibədə həmçinin bu yaxınlarda Ərdəbil həbsxanasına göndərilən tanınmış fəal Pərviz Siyabinin sağlamlıq vəziyyəti haqqında danışıb.

Forum

XS
SM
MD
LG