Noyabrın 11-dən başlayaraq Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsi Odessa şəhərində yerləşən Azərbaycan Evində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərəcək.
Səfirlik bununla əlaqədar Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Məlumatda deyilir ki, səyyar konsullq xidmətindən yararlanmaq istəyən Azərbaycan vətəndaşları Odessa şəhərinin Vul.Puşkinska 54 ünvanında yerləşən Azərbaycan Evinə (Дiм "Азербайджан") gəlməlidirlər. "Qəbul vaxtı saat 09.30-dan 13.30-dək keçiriləcək. Əlaqə telefonu: +380 73 505 00 00", səfirliyin məlumatında qeyd edilir.
Səfirlik qeyd edib ki, Odessa vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə, səyyar konsulluq xidməti təxirə salına bilər. Azərbaycan vətəndaşlarının bu vacib məqamı nəzərə alması xahiş edillib.
Odessa Azərbaycan Evi 2019-cu ildən fəaliyyət göstərir.
Forum