Accessibility links

İranın Kərəc və Qəzvin şəhərlərində 3 məhbus edam edilib


Kərəc Qızılhisar Həbsxanası
Kərəc Qızılhisar Həbsxanası

Son günlər Kərəc şəhərinin Qızılhisar həbsxanasında iki, Qəzvində isə bir məhbus edam edilib.

İran mediası oktyabrın 24-də Kərəcdə qəsdən adam öldürməkdə ittiham olunan iki məhbusun edam edildiyini yazıb. Edam edilənlərdən biri daha əvvəl Şərqi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində həbs edilib.

İran mediası bu şəxslərin kimliyini açıqlamayıb.

Həmin gün Qəzvində qəsdən adam öldürməkdə ittiham olunan daha bir məhbus edam edilib. İran İnsan Haqları Təşkilatı (İHR) edam edilən şəxsin kimliyini Cəlil Seyidrzayi olaraq qeyd edib. İran mediası bu xəbərlə bağlı məlumat dərc etməyib.

Həmçinin İran mediası Ərdəbil vilayətinin (Xiyav) Meşginşəhər şəhərində edam cəzasına məhkum edilmiş şəxsin azadlığa buraxılması barədə məlumat yayıb. Xiyav şəhərinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Babək Nonəhal həmin şəxsin 6 il həbs çəkdikdən sonra "qan sahibləri" (qətlə yetirilən şəxsin ailəsi) tərəfindən əfv edildiyi nəticəsində azadlığıa buraxıldığını bildirib.

İran İnsan Haqları Təşkilatının (İHR) internet saytında dərc olunan statistikaya görə, 2023-cü ildə İranda indiyə kimi 588 nəfər edam edilib.

Forum

XS
SM
MD
LG