İsraildən 72 nəfər Azərbaycana yola salınıb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi X (keçmiş Twitter) platformasında məlumat yayıb.
Məlumatda deyilir ki, 12-13 oktyabrda Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakıya yola salınıb.
Səfirlik vətəndaşların müraciət üçün səfirliklə əalqə əlaqə vasitələrini də elan edib: telaviv@mission.mfa.gov.az +972 50 356 95 82
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli insan yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.
Forum