Accessibility links

İran Qərbi Azərbaycan vilayətində 15 "terrorçunu" həbs etdiyini iddia edir


Qərbi Azərbaycan - Kəşfiyyat
Qərbi Azərbaycan - Kəşfiyyat

Qərbi Azərbaycan vilayətinin ədliyyə rəisi Nasir Ətəbati vilayətdə 15 "terrorçunun" Kəşfiyyat İdarəsi tərəfindən həbs edildiyini bildirib. O, Kəşfiyyat İdarəsi və Ədliyyənin "hərtərəfli koordinasiyasını" vurğulayıb.

Fars xəbər agentliyi Qərbi Azərbaycanın Ədliyyə başqanına istinadən xəbər verib ki, həbs olunanlar "İŞİD" üzvü olub və onlardan bəziləri Suriya, Əfqanıstan, Pakistan və İraq Kürdüstanında "təkfirçi" adlandırdığı qruplaşmalarla işbirliyi apardığını ifadə edib.

Ətəbatinin sözlərinə görə, həbs edilən şəxslərdən "silahlar, partlayıcılar, partlayıcı jiletlər və uzaqdan idarə cihazları" ələ keçirilib. O, həmçinin bildirib ki, məsələyə ən qısa zamanda "xüsusi və ətraflı" şəkildə baxılacaq.

Bu xəbərə görə, həmin şəxslər Tehranda terror əməliyyatı keçirmək niyyətində olublar.

Ötən il sentyabrın 16-da başlayan etirazların ildönümündə İran mediası təhlükəsizlik qüvvələrinin bir neçə yerdə terrorçuları həbs etdiyini, onlardan silah və partlayıcı maddələr ələ keçirdiyini iddia edib.

İranın Kəşfiyyat Nazirliyi ötənilki etirazların ildönümündə Tehranı hədəf almaq niyyətində olan İslam Dövləti qruplaşması ilə əlaqəsi olan 28 nəfəri həbs etdiyini bildirmişdi.

Forum

XS
SM
MD
LG