Accessibility links

İran Tehranda sui-qəsd planı hazırlayan 28 İŞİD üzvünün saxlanıldığını bildirib


İranın İnqilab Keşikçiləri
İranın İnqilab Keşikçiləri

İranın kəşfiyyat nazirliyi bazar günü bildirib ki, ötən ilki etirazların ildönümündə Tehranı hədəf almaq niyyətində olan İslam Dövləti qruplaşması ilə əlaqəsi olan 28 nəfəri həbs edib.

Etirazlar 2022-ci il sentyabrın 16-da İslam respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə 22 yaşlı İran kürd Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayıb.

“Son günlər Tehran, Əlborz və Qərbi Azərbaycan vilayətlərində eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı terrorçuların bir neçə bazasına və komanda evlərinə hücum edilib, sözügedən terror şəbəkəsinin 28 üzvü həbs edilib”, nazirliyin saytında bildirilir.

"Bu elementlər DAEŞ-in (İslam Dövləti qruplaşması) peşəkar cinayət qruplaşmasına bağlıdır və onlardan bəzilərinin Suriyada təkfirçilərlə birlikdə Əfqanıstan, Pakistan və İraqın Kürdüstan bölgəsində fəaliyyət keçmişi var", - deyə, əlavə edilib.

Şiələrin üstünlük təşkil etdiyi İranda “təkfirçi” ifadəsi ümumiyyətlə cihadçılara və ya radikal sünni İslam tərəfdarlarına aid edilir.

Kəşfiyyat Nazirliyi həbs əməliyyatları zamanı iki təhlükəsizlik əməkdaşının yaralandığını, çox sayda bomba, odlu silah, kamikadze jiletləri və rabitə vasitələrinin ələ keçirildiyini bildirib.

Nazirlik “keçənilki iğtişaşların ildönümündə təhlükəsizliyi pozmaq, iğtişaşlar və etirazları qızışdırmaq üçün Tehranın sıx məskunlaşılan mərkəzlərində eyni vaxtda 30 terror partlayışı” planını zərərsizləşdirdiyini bildirib.

Aylarla davam edən nümayişlərdə Tehranın xarici hökumətlər və “düşmən media” tərəfindən qızışdırılan “iğtişaşlar” adlandırdığı, onlarla təhlükəsizlik işçisi də daxil olmaqla, yüzlərlə adam öldürülüb.

Cümə axşamı məhkəmə avqust ayında şiə müsəlman məbədinə silahlı hücumda təqsirli bilinən tacik İŞİD üzvünü ölüm cəzasına məhkum edib.

Fars əyalətinin mərkəzi Şirazda Şah Çeraq məqbərəsinə edilən hücum həmin ərazidə İslam Dövləti qruplaşmasının üzərinə götürdüyü kütləvi atışmadan bir ildən az sonra baş verib.

Forum

XS
SM
MD
LG