Accessibility links

Zəncan vilayətində bir molla öldürülüb


İranda baş verən silsilə atışmalarda son aylarda bir neçə molla hücuma məruz qalaraq, öldürülüb və ya yaralanıb. Bu hadisələr İran cəmiyyətində gərginliklərin artdığına işarə edir.

Hadisələrdən biri Zəncan vilayətinin Socas şəhərində baş verib. Belə ki, bir mollan başından iki güllə yarası alaraq, həyatını itirib. İran mediasında mollanın qatilinin hökumət orqanlarından birinin işdən çıxarılmış məmur olduğu bildirilib.

Socasda baş verən həmin insidentlə əlaqədar təqsirləndirilən şəxs həbs edilib və məhkəməyə verilib. Lakin onun kimliyi haqqında hələ ki, açıqlanmayıb.

İran mediasında dərc olunan məlumata görə, silahlı şəxs məscidə girərək atəş açmağa başlayıb və atdığı beş güllədən ikisi mollanın başına, üçü isə isə bədəninə dəyib.

Ötən il ölkədə baş verən kütləv etirazlar zamanı və ondan sonra Bəsic milis qüvvələri və ruhanilərə qarşı törədilən hücumların kəskin şəkildə artdığı müşahidə olunur.

Bu hadisələr İran cəmiyyətində gərginliyin və kəskin qütbləşmənin yaranmasına, ruhanilər və vətəndaşlar arasında narahatlıqların artmasına işarə edir.

Forum

XS
SM
MD
LG