Accessibility links

Hədis Nəcəfinin ailə üzvləri həbs edilib


Hədis Nəcəfi
Hədis Nəcəfi

Ötən il İranın Kərəc şəhərində etiraz aksiyaları zamanı İran rejiminin repressiv qüvvələri tərəfindən öldürülən gənc qız Hədis Nəcəfinin 4 ailə üzvü həbs edilib.

Hədis Nəcəfinin bacısı Əfsun Nəcəfi Instagram səhifəsində ailəsinin 4 üzvünün təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini açıqlayıb.

Onun sözlərinə görə, evdə reyd keçirən təhlükəsizlik qüvvələri ailə üzvlərini həbs edərkən, həmin şəxslərin şəxsi əşyalarını, o cümlədən telefonlarını müsadirə ediblər.

Əfsun Nəcəfinin HRA xəbər agentliyinə verdiyi açıqlamaya görə, onun qardaşı Əmir Hüseyn, bacıları Şirin və Negin və atası Cabir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Lakin İran mediasında yayımlanan xəbərlərə görə, Əlborz valiliyinin təhlükəsizlik üzrə müavini bu xəbəri təkzib edib.

Əfsun Nəcəfi sentyabrın 16-da həbs edilmiş ailə üzvlərinin buraxıldığını, ancaq şəxsiyyət vəsiqələri, komputer və telefonlarının hələ ki, təhlüəsizlik qüvvələri tərəfindən qaytarılmadığını qeyd edib.

Əfsun Nəcəfi, ötən il ölkədə baş tutan kütləvi etirazlarda repressiv qüvvələr tərəfindən güllələnərək öldürülən Hədis Nəcəfinin bacısıdir. O, hazırda Türkiyədə yaşayır.

2022-ci il sentyabrın 21-də Kərəc şəhərində keçirilən etiraz aksiyalarında öldürülən Hədis Nəcəfinin repressiv qüvvələr tərəfindən 3 güllə ilə öldürüldüyü bildirilir.

Sentyabrın 16-da ölkədə kütləvi etirazların başlanmasının ildönümündə ölkənin şəhərlərinin mərkəzlərinə çox sayda repressiv qüvvələr yerləşdirilib. Təbrizdən alınan məlumata görə, repressiv qüvvələri həm də, ictimai nəqliyyat vasitələrində də müşahidə olunub.

Məhsa Əmini keçən ilin sentyabrın 13-də qadınlara məcburi hicab qaydalarını tətbiq edən İrşad Patrulu qüvvələri tərəfindən saxlanılmışdı. Daha sonra həbsdə ikən səhhətinin pisləşməsinin ardından komaya düşərək, 2022-ci il sentyabrın 16-da xəstəxanada həyatını itirib. Həmin gündən ölkədə kütləvi etirazlar başlayaraq təxminən 3 ay müddətinə davam edib.

Forum

XS
SM
MD
LG