Accessibility links

Azərbaycan Rusiyanın Ukraynanın bir sıra ərazilərində keçirdiyi “seçkilər”i tanımır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın bir sıra ərazilərində keçirilmiş “seçkilərə” dair bəyanatında deyilir.

“Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, sentyabrın 8-dən 10-dək Rusiya Ukraynanın dörd vilayəti - Donetsk, Luhansk, Zaporijye və Xersonun Rusiya tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” keçirir.

ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində səsvermənin keçirilməsini "saxta" və "qanunsuz" adlandırıb.

Rusiyanın ABŞ-dakı səfirliyi cümə günü bildirib ki, "Vaşinqton Rusiyanın daxili işlərinə qarışır".

Forum

XS
SM
MD
LG