Accessibility links

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə təşkil etdiyi seçkiləri "saxta " adlandırıb


Ukrayna Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində təşkil etdiyi "saxta seçkiləri" pisləyib. Xarici İşlər Nazirliyi bəyan edib ki, "seçkilər" hüquqi qüvvəyə malik olmayacaq.

Sentyabrın 8-dən 10-dək Rusiyanın əksər regionlarında seçkilər keçiriləcək. "Vahid səsvermə günü" üç gün – sentyabrın 8-dən 10-dək davam edəcək. "Seçkilər" həmçinin Ukraynanın dörd vilayəti - Donetsk, Luhansk, Zaporijye və Xersonun Rusiya tərəfindən işğal olunmuş ərazilərində keçiriləcək.

Nazirlik bəyanatında bildirib ki, Ukrayna ərazisində keçirilən "uydurma seçkilər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü," habelə beynəlxalq hüququ "kobud şəkildə pozur".

"Rusiyanın müvəqqəti işğal olunmuş ərazilərdə təşkil etdiyi uydurma seçkilər etibarsızdır. Onların heç birinin hüquqi nəticəsi olmayacaq və Rusiya ordusu tərəfindən ələ keçirilən Ukrayna ərazilərinin statusunu dəyişməyəcək" - deyə, bəyanatda bildirilib.

Kyiv beynəlxalq tərəfdaşlarını səsvermənin nəticələrini pisləməyə və nəticələri tanımamağa çağırıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken də cümə axşamı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində səsvermənin keçirilməsini "saxta" və "qanunsuz" adlandırıb.

Rusiyanın ABŞ-dakı səfirliyi cümə günü bildirib ki, "Vaşinqton Rusiyanın daxili işlərinə qarışır".

Forum

XS
SM
MD
LG