İran Azərbaycanının bir sıra şəhərlərində son həftələr Urmiyə gölündə yaranmış ekoloji fəlakətə diqqət çəkmək məqsədilə aksiyalar keçirib. Fəallar hazırkı durumun kritik olduğunu bildirir və İran hökumətini gölün qurumasının qarşısının alınması və ətraf mühitin qorunması üçün kifayət qədər iş görməməkdə ittiham edir. Urmiyə gölünün canlandırılması tələbə ilə avqustun 14-də Təbrizdə qadınlar aksiya keçiriblər. Urmiyə gölünün quruması və bunun yaratdığı ekoloji, iqtisadi və sosial problemlər artıq bir müddətdir İran Azərbaycanında milli fəalların diqqət mərkəzindədir. Toronto Universitetinin professoru Lalə Cavanşir Amerikanın Səsinə müsahibədə Urmiyə gölündə ekoloji böhran, İran İslam Respublikası hökumətinin gölün qurumasının qarşısının alınması ilə bağlı fəaliyyəti və milli fəalların son günlərdə keçirdiyi aksiyalar haqda danışıb.
Lalə Cavanşir: Urmiyə gölündə vəziyyət təhlükənin zirvəsindədir
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib