Accessibility links

Sina Mirzayi: Mən Urmiyə gölü məsələsində "rentaçı hakimiyyət anlayışı" görürəm


Sina Mirzayi
Sina Mirzayi

Politoloq Sina Mirzayi Amerikanın Səsinə müsahibəsində Urmiyə gölündə baş verən ekoloji fəlakətin səbəblərini İslam Respublikasının təbii resurslar siyasəti və dövlətin qeyri-fars icmalara baxışı çərçivəsində şərh edir. O, bu çərçivədə "renta hakimiyyəti" (rentier state) anlayışı və "ətraf mühit irqçiliyinə" diqqət çəkir.

Mirzayi İran Azərbaycanında Urmiyə gölü ilə türk dilinin eyni taleyi paylaşdığını və hər ikisinin qorunmadığını önə çəkir.

"Mən Urmiyə gölü ilə bağlı kampaniya başlayanda çox qısa yazmışdım ki, sən susuz, mən dilsiz! Yəni, bu iki varlıq ki, dil olmasa mən də olmayacağam və Urmiyə gölü olmasa bir çox insan olmayacaq. Böyük bir faciə yaşanır. Ancaq, bir tərəfdən də, dilim olmadığı üçün, dilsiz olduğum üçün necə etiraz edəcəyimi, hansı dildə etiraz edəcəyimi də bilmirəm. Gölüm quruyur və mənim buna etiraz edəcək dilim yoxdur. Bu iki siyasətin birləşməsi toplumun varlığına kökdən təsir edir. Bu iki siyasət birləşdiyində çözümü çox çətin olan böyük bir faciə ortaya çıxır," Sina Mirzayi söyləyir.

Sina Mirzayi: Mən Urmiyə gölü məsələsində "rentaçı hakimiyyət anlayışı" və "ekoloji irqçilik" görürəm
please wait

No media source currently available

0:00 0:12:48 0:00
Direct link

İran Geologiya Təşkilatının yer elmləri tədqiqat institutunun direktoru doktor Raziyə Lək bu yaxınlarda qatıldığı bir elmi iclasda "Urmiyə gölünü məhv edən əsas amilin su ehtiyatlarının səmərəsiz idarəetməsi olduğunu vurğulayıb." Doktor Ləkin sözlərinə görə, "su haqqını verməyərək Urmiyə gölünü geri dönülməz bir vəziyyətə salıblar."

Politoloq Sina Mirzayi İslam Respublikasının təbii resurslar siyasətində renta hakimiyyəti anlayışına sahib olduğuna diqqət çəkərək deyir ki, "İrandakı o rantçı dövlət anlayışının sadəcə dövlət qurumlarına deyil, toplumun bir çox kəsiminə də keçdiyini düşünürəm. Rant yəni, təbiətin bəxş etdiyi şeylərə heç əmək vermədən, istehsal etmədən sahib olmaq və istifadə etmək. Buna görə, rant dövlətində bir zəmin yaranır ki, mükafat və əmək arasındakı əlaqə qırılır. Yəni, hər hansı bir problem olduğunda əmək vermək yerinə mükafat məqsədli düşünülür."

Mirzayi Urmiyə gölü məsələsində "renta hakimiyyəti" anlayışı ilə ekoloji irqçiliyin birləşdiyi və daha böyük bir faciənin ortaya çıxdığını vurğulayər.

"Urmiyə gölü faciəsi buna görə çox böyükdür ki, azlıqda olan və kənarlarda yerləşən toplumlar çevrə fəlakətlərindən daha çox əzab çəkirlər. Yəni, hətta o rantçı anlayışı tamamilə bir kənara qoysaq da, mərkəz və kənar bölgələrdə fərqli siyasət yürüdülür. Necə ki, Azərbaycanda, Əhvazda və Bəluçistanda o çevrə irqçiliyi özünü göstərir. Elə ki, mən hiss edirəm, bu toplumlar məxsusən hədəf alınılır ki, orada məcburi köç olsun və ya dövlət üçün mükafatlar yaransın. Bu tarixdə də olub," Sina Mirzayi əlavə edir.

Forum

XS
SM
MD
LG