Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri, ixtisasca həkim və psixoloq ekspertlərin iştirakı ilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunduğu bildirilən Ermənistan vətəndaşı Rəşid Beqlaryanla konfidensial qaydada görüşüb. Bu arada Qarabağ erməni icmasının rəhbərliyi Beqlaryanın həbsini adam oğurluğu kimi qiymətləndirib.
Ombudsman Aparatının məlumatında deyilir ki, Beqlaryana Milli Preventiv Qrupun üzvləri tərəfindən erməni dilində qanunvericilik aktları təqdim olunub.
“Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib,” məlumatda qeyd edilir.
Dövlət Sərhəd Xidməti məlumatına görə, avqustun 1-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan Ermənistan vətəndaşı Rəşid Beqlaryan saxlanılıb.
Qarabağ ermənilərinin "Milli Təhlükəsizlik Xidməti" kimi təqdim edilən qurum bildirib ki, avqustun 1-də yerli sakin Rəşid Beqlaryan azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib. Erməni tərəfin yaydığı məlumata əsasən Əsgəran raoyunun Xındzırıstan kəndinin kəndinin sakini Şuşa bğlgəsinin Hin Şen kəndindən Həkəri çşayı üzərindəki körpüyə tərəf hərəkə edərkən "öz iradəsinin əleyhinə zorla oğurlanıb."
Beqlaryan ötən həftə ərzində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmış ikinci Qarabağ ermənisidir. Bundan az öncə Laçın sərhəd buraxılış məntəqəsində 68 yaşlı Vaqif Xaçaturyan Azərbaycan sərhdəçiləri tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Azərbaycan tərəfi bildirir ki, Xaçaturyan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması” faktları üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi üzrə 2013-cü ildən beynəlxalq axtarışda olub.
Ermənistan xarici işlər nazirliyi isə Qırmızı Xaçın müşayiəti ilə səhhətindəki problemlər üzündən Qarabağdan Ermənistana getmək istəyən Xaçaturyanın həbsini pisləyərək bunu "müharibə cinayəti" adlandırıb.
Forum