Accessibility links

Azərbaycan sərhədi qanunsuz keçən Ermənistan vətəndaşını saxladığını bildirir


Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti

Avqustun 1-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan Ermənistan vətəndaşı Rəşid Beqleryan saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd Xidməti bildirir ki, hazırda faktla bağlı araşdırma aparılır.

Qarabağ ermənilərinin "Milli Təhlükəsizlik Xidməti" kimi təqdim edilən qurum bildirir ki, avqustun 1-də yerli sakin Rəşid Beqlaryan sərxoş halda yaşadığı kəndi tərk edib və azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib. Orada Azərbaycan sərhədçiləri tərəfindən həbs edilib.

Rəşid Beqlaryanın ailə üzvləri və vəkili onun saxlanılması ilə bağlı hələ şərh verməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG