Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb


Sergey Lavrov və Ceyhun Bayramov (Arxiv foto: Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)
Sergey Lavrov və Ceyhun Bayramov (Arxiv foto: Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Xarici İşlər Nazirliyi məlumatında isə deyilir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və Yerevan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

Bayramov və Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.

XS
SM
MD
LG