Accessibility links

Xudafərin körpüsündə tutulan fəallar 'İslam Respublikasına qarşı təbliğatda' ittiham edilir


Təqribən 10 gün əvvəl Şərqi Azərbaycan vilayətində Xudafərin körpüsünün yaxınlığında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və sonra müvəqqəti azadlığa buraxılan 6 milli fəalın şənbə günü məhkəmə iclasi keçirilib.

Abbas Lisani adlı Telegram kanalı və Ərk hüquq müdafiə cəmiyyətinin məlumatına görə, Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Cəfər Nuri və Məhəmməd Əlipur iyulun 15-də Xudafərin şəhər məhkəməsində "İslam Respublikası nizamına qarşı təbliğat" ittihamına qarşı özlərini müdafiə ediblər.

İranın təhlükəsizlik qüvvələri 6 türk fəalı iyulun 7-də Xudafərin körpüsü ətrafında nəzarət altına alıb. Fəallar bir gün soruğu-sualdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Hüquq müdafiəçiləri fəallardan bəzisinin həbs zamanı məmurlar tərəfindən döyüldüyünə dair məlumat yayıblar.

Sosial şəbəkələrdə paylaşılan məlumata görə, fəallar Araz çayının çirklənməsinə simvolik etiraz bildirmək məqsədilə Xudafərin körpüsünə gediblər.

Bu fəalların əksəriyyəti daha əvvəl də siyasi və mədəni fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələrinin təzyiqi, habelə həbs və mühakiməyə məruz qalıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG