Accessibility links

Təbrizdə beş siyasi fəalın məhkəməsi keçirilib


Mühakimə edilən fəallar
Mühakimə edilən fəallar

Keçən may ayında Təbrizdə nəzarət altına alınıb və bir neçə həftə sonra müvəqqəti azadlığa buraxılan siyasi fəallar Davud Şiri, Hüseyn Əmani Nadarlı, Cavad Əhmədzadə, Məhəmmədəli Rzayi və Əlirza Səbrinin məhkəmə iclası keçirilib.

Abbas Lisani adlı Telegram kanalı və Ərk hüquq müdafiə cəmiyyətinin məlumatına istunadən, türk fəallar şənbə günü Təbrizin ümumi və inqilab prokurorluğunda özlərini ittihamlara qarşı müdafiə ediblər.

İranın təhlükəsizlik qüvvələri may ayının 18-də Təbrizdə Davud Şiri, Hüseyn Əmani, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini nəzarət altına almışdılar. Fəlların hamısı həbsdən təqribən 3 həftə sonraya qədər mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbət buraxıldılar.

Məhəmmədəli Rzayinin bu müddətdə həbs edilənlər arasında olub-olmadığına dair məlumat yayılmayıb.

Beş fəala qarşı daha əvvəl "İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyət" göstərmək ittihamı irəli sürülmüşdü, fəqət hüquq müdafiəçilərinin bildirdiyinə görə, ümumi və inqilab prokurorluğu daha sonra onlara qarşı "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamını irəli sürüb.

Həmzə Vəlizadə və Ruhullah Əhmədinejadın mühakimə prosesi ilə bağlı məlumat yoxdur.

Bu fəalların əksəriyyəti keçmiş illərdə də siyasi və mədəni fəaliyyətlərindən dolayı həbs və mühakiməyə məruz qalıblar.

XS
SM
MD
LG