Accessibility links

Təbrizdə saxlanılan siyasi fəallar müvəqqəti azadlığa buraxılıb


Təbriz məhbuslar
Təbriz məhbuslar

May ayının 18 və 21-də Təbriz şəhəri və Nadarlı qəsəbəsində nəzarət altına alınan siyasi fəallar Hüseyn Əmani, Araz Əmani və Əlirza Səbri zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılıblar.

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalının xəbərinə görə, Hüseyn Əmani bazar günü, Məhəmmədrza (Araz) Əmani və Əlirza Səbri isə şənbə günü mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad ediliblər.

Həmin fəallar ilə birgə həbs edilən Davud Şiri və Cavad Əhmədzadə isə iyun ayının 8-də müvəqqəti azadlığa buraxılıblar.

İranın təhlükəsizlik qüvvələri may ayının 18-də Təbrizdə Davud Şiri, Hüseyn Əmani, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini həbs edib. Hüseyn Əmaninin qardaşı Araz Əmani isə 3 gün sonra Nadarlı qəsəbəsində saxlanılıb.

Müvəqqəti azadlığa buraxılan fəalların mühakimə prosesi davam edəcək. Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, fəallar "İslam Respublikası nizamına qarşı təbliğat" fəaliyyəti göstərməkdə ittiham edilirlər.

Bu fəalların əksəriyyəti keçmiş illərdə də siyasi və mədəni fəaliyyətlərindən dolayı həbs və mühakiməyə məruz qalıblar.

XS
SM
MD
LG