İyulun 14-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədrinin müşaviri Hüseyn Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbsə məhkum edilib.
Bu barədə Azərbaycan Demokratiya və Rifah Partiyası məlumat yayıb.
Partiyanın rəhbəri Qubad İbadoğlu bildirib ki, həbs Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin məhkəmə prosesinin keçirildiyi Bakı Apellyasiya Məhkəməsinin qarşısında Hüseyn Məlikin müsahibəsi ilə bağlıdır.
Hüseyn Məlik Salayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxladığına görə hakimiyyəti kəskin tənqid edib.
Daxili İşlər Nazirliyi Hüseyn Məlikin inzibati qaydada həbs edildiyini Amerikanın Səsinə təsdiq edib. Lakin həbsin detalları ilə bağlı məlumat verilmir.