Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarına baş çəkib


"İyun ayının sonu və iyul ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş cəkib. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb".

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Amerikanın Səsinə bildirib.

“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, o qeyd edib.

Bununla yanaşı məlumatda başçəkmənin dəqiq vaxtları və neçə nəfər Ermənistan vətəndaşına baş çəkilməsi deyilmir.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ümumi sayı barədə rəsmi məlumat açıqlanmayıb. Bununla yanaşı yerli medianın saxlanılanlar, onların məhkəmə prosesləri və Ermənistana qaytarılan bu ölkənin vətəndaşları ilə bağlı məlumatlar;ndan Azərbaycanda otuzdan çox Ermənistan vətəndaşının həbsdə olduğunu təxmin etmək olur.

XS
SM
MD
LG