Accessibility links

Ərdəbil vilayətində çox sayda mədənin fəaliyyəti ətraf mühiti məhv edir


Ərdəbil
Ərdəbil

Ərdəbil vilayətinin Anbaran bölgəsində, əhali çox sayda mədənin fəaliyyəti üzündən kəndlərdə ətraf mühitin məhv olmasından şikayət edirlər.

Yarı-rəsmi Tasnim agentliyi bu barədə yaydığı reportajda bölgə sakinləri, eləcə də Anbaran və Ərdəbil cümə imamlarının açıqlamalarına yer verib.

"Əhali deyir ki, çoxsaylı mədən lisenziyalarının verilməsi ilə bərabər bölgədə artan mədən fəaliyyətləri ətraf mühitə mənfi təsir göstərib. Torpaq, su və hava çirkliliyi elə yüksək bir həddə çatıb ki, yaşayış əməldə qeyri-mümkün hala gəlib," agentlik bildirib.

Reportajda yazılanlara görə, "mədənlər bulaqların quruması və ərazinin səmərəsiz olmasına yol açır. Ağaclar və bağlar quruyur. Mal-qara tələf olur. Tozun həcmi artır və normal həyatı alt-üst edir."

Anbaranın cümə imamı Höccətül-İslam Seyid Yavər Muradi deyib ki, "bir qrup gəlib mədən lisenziyası alıblar və bölgə sakinlərinin həyatını düşünmürlər. Mədənlər səbəb olduqları ətraf mühit problemlərinə diqqət yetirilmədən fəal olublar."

Reportajda sadəcə bir kənddə 17 mədən lisenziyası verildiyi qeyd edilib. Yavəri lisenziyaların Həsən Ruhani höküməti dönəmində verildiyini irəli sürüb.

Türk fəallar Tehranın İran Azərbaycanının ətraf mühit və təbii sərvətləri ilə bağlı yürütdüyü siyasətinin məhv etmək və ya mərkəz vilayətlərin xeyrinə istismar etmək yönündə olduğunu deyirlər.

XS
SM
MD
LG