Accessibility links

Riçard Vaytz: "İrəliləyişə dair hər hansı bir işarə görmürəm"


Riçard Vaytz: "İrəliləyişə dair hər hansı bir işarə görmürəm"
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Riçard Vaytz: "İrəliləyişə dair hər hansı bir işarə görmürəm"

İyunun 27-də Birləşmiş Ştatların dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raundu başlayıb. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışından öncə onlarla təkbətək görüşlər keçirib. Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanin Səsinə müsahibədə danışıqlardan gözləntilərindən, Ermənistanla Azərbaycan arasında son gərginliyin danışıqlara təsirindən bəhs edib.

Amerikanın Səsi: Cənab Vaytz, Birləşmiş Ştatlar 30 ildir davam edən münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üç günük slüh danışıqlarına ev sahibliyi edir. Bu, May ayında başlayan və tərəflər arasında heç bir razılıqla nəticələnməyən danışıqların ikinci raundudur. Sizin bu danışıqlardan gözləntiləriniz nədir?

Riçard Vaytz: Biz çox güman ki, mayda gördüyümüz nəticələri görəcəyik. Mən irəliləyişə dair hər hansı bir işarə görmürəm. Biz bunun nə ilə nəticələnə biləcəyinə dair ümumi bir fikrimiz var ki, bu da beynəlxalq səviyyədə təsdiqlənmiş sərhədlərin tanınması və hər iki ölkədə etnik azlıqlar üçün təminatların olmasıdır. Amma görürük ki, bunu əldə etmək hələ ki, çətindir.

Amerikanın Səsi: Sizcə, tərəflərin davamlı sülh əldə etmək üçün diqqət yetirməli olduqları ən əsas məsələlər nədir?

Riçard Vaytz: Əsas məsələlər zorakılıqların təkrarlanmasının qarşısının alınmasıdır ki, bu hətta kiçikmiqyaslı silahlı atışma nəticəsində belə eskalasiya edə bilər. Və bir də bütün qruplara ən azından humanitar və başqa kritik yardımın - ərzaq, dərman və s. axınını təmin etməkdir. Yəni fikmcə bunlar əsas iki məsələdir. Uzunmüddətli olanlar isə sülh razılığını həll etməkdir ki, bunun üçün əsas çərçivə və tutmalı olduğumuz istiqamət üzərində razılıq var, sadəcə olaraq bunu həyata keçirmək lazımdır.

Amerikanın Səsi: Tərəflər arasında son həftələrdə gərinlik artıb. Ən son isə Azərbaycan Müdafiə Nazirliyi 27 iyunda yaydığı açıqlamada bildirib ki, erməni tərəfinin açdığı atəş nəticəsində bir azərbaycanlı hərbçi yaralanıb. özünü Qarabağ ermənilərinin müdafiə nazirliyi kimi təqdim edən qurum isə Azərbaycan tərəfinin açdığı atəş nətivəsində dörd erməni hərbçinin öldüyünü bildirib. Sizin iki ölkənin baş diplomatları Vaşqintonda slüh danışıqları apardığı bir vaxta təsadüf edən bu insidentə münasibətiniz nədir? Sizcə bu, tərəflər arasında mümkün sülh razılığına təsir göstərə bilərmi?

Riçard Vaytz: Bu ya irəliləyişə əngəl ola, ya da ona təkan verə bilər. İkisi də mümkündür. Məncə, toqquşmaların olmasına səbəb həll olunmayan sülh prosesidir. Ancaq fikrimcə, bəlkə də, tərəflərdən biri düşünür ki, döyüşlər digər tərəfi məcbur etmək və razılıq əldə etmək üçün faydalı ola bilər.

Amerikanın Səsi: Ermənistanla Azərbaycan arasında Vaşinqtonun vasitəçiliyi əldə olunan mümkün sülh razılığının Rusiyanın, sülhməramlı qüvvələrinin olduğu Cənnubi Qafqazda nüfuzuna nə cür təsir ola bilər?

Riçard Vaytz: Bu, həmin qüvvələrin çıxarılması üçün bir əsas ola bilər ki, ən azından Azərbaycan tərəfi onları xoş qarşılamır. Yəni əgər sülh razılığı olsa, bütün xarici qüvvələrin ən azından mübahisəli ərazindən çıxarılmasını istəyə bilərsən. İdeal olaraq Vaşinqton Ermənistanın oradakı Rusiya bazalarını azaltmasını təmin edə bilər. Amma məncə bu, daha uzun bir proses ola bilər. Yəni, əgər sülh razılığı olsa, bu, Rusiyanın təsiri və mövcudluğunu azaltmalı, Qərbinkini isə artırmalıdır. Amma bunun sülh razılığının olub-olmayacağı böyük müəmmadır.

XS
SM
MD
LG