Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün davam etdiyi zaman Qarabağda atışmalar qeydə alınıb.
Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hərbçi Əli Bəkirov erməni tərəfinin atəşi nəticəsində yaralanıb.
İyunun 28-də isə özünü Qarabağ ermənilərinin müdafiə nazirliyi kimi təqdim edən qurum Azərbaycan Ordusunun Ağdərə və Xocavənd istiqamətində 4 nəfər erməni hərbçisini öldürdüyünü bildirib.
İnsidentlə əlaqədar özünü Qarabağ ermənilərinin parlamenti kimi təqdim edən qurum yaydığı bəyanatda Ermənistan rəhbərliyini Vaşinqtonda Azərbaycanla keçirilən görüşü ləğv etməyə çağırıb. Rəsmi Bakını regionu blokadada saxlamaqda ittiham edən bəyanat müəllifləri danışıqların davam etməsini aqressivliyə ruhlandıracaq addıəm kimi qiymətləndiriblər.
Azərbaycan tərəfi hələ bununla bağlı məlumat yaymayıb.