Accessibility links

SOCAR Energy İsveçrədə ilk hidrogen yanacağı doldurma məntəqəsi açıb


SOCAR--ın İsveçrədə yanacaq doldurma məntəqəsi (Mənbə: SOCAR)
SOCAR--ın İsveçrədə yanacaq doldurma məntəqəsi (Mənbə: SOCAR)

“SOCAR Energy” şirkəti İsveçrənin magistral yollarında ilk hidrogen yanacağı doldurma məntəqəsi açıb.

Hidrogen doldurma məntəqəsi Bern şəhərinin yaxınlığındakı, İsveçrənin əsas böyük şəhərlərini birləşdirən magistral yolun üzərindəki SOCAR yanacaq doldurma stansiyasında fəaliyyətə başlayıb.

İyunun 9-da keçirilən açılış mərasimində “SOCAR Energy” şirkətinin Baş icraçı direktoru Edqar Baxman, İsveçrə Federal Hökumətinin və Bern kantonunun rəsmiləri, İsveçrənin biznes icmasının üzvləri və mətbuat nümayəndələri iştirak edib.

Mərasimdə Azərbaycanın İsveçərdəki səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən yaşıl keçid (green transition) təşəbbüsləri, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsidir.

Rəsmi məlumata görə, SOCAR-ın İsveçrə ərazisində 200 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir.

Bundan əlavə, “SOCAR İsveçrə” 2014-ci ildən etibarən yanacaq doldurma məntəqələrində elektrik avtomobillərini enerji ilə təmin edən aparatlar quraşdırmağa başlayıb.

XS
SM
MD
LG