Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda həbsdə olan Ermənistan hərbçilərinə baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsi (Mənbə: BQXK)
Beynəlxalq Qızıl Xaç Komitəsi (Mənbə: BQXK)

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu il mayın 26-dan Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkib.

Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyyələr yalnız saxlayan tərəflə paylaşılır", BQXK nümayəndəsi qeyd edib.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumata əsasən, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri Harut Hovakimyan və Karen Qazaryan saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin terrorizm, silah qaçaqmalçılığı, sərhədin pozulması maddələri üzrə ittihamlar irəli sürülüb. Hərbçilər təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG