Accessibility links

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək


Ceyhun Bayramov və Hakan Fidan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Hakan Fidan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xarici xarici işlər nazirləri arasında iyunun 4-də telefon danışığı olub.

Nazir Ceyhun Bayramov telefon danışığında Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı ölkəsinə səfərə dəvət edib.

Yeni nazir Hakan Fidan Azərbaycana səfər dəvətini qəbul edib.

"Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıb”, xəbərdə qeyd edilir.

Türkiyənin bundan öncə xarici işlər naziri Mövlud Çavuşoğlu olub. Azərbaycan xarici işlər naziri, həmçinin Çavuşoğluna zəng edərək minnətdarlıq bildirib.

XS
SM
MD
LG