Accessibility links

Şərqi Azərbaycan vilayətində siyasi fəalların həbsi davam edir


Məhəmmədrza Əmani (Araz)
Məhəmmədrza Əmani (Araz)

Keçən cümə axşamı günü Təbrizdə azı 6 siyasi fəalının saxlanılmasının ardınca İranın kəşfiyyat qüvvələri Şərqi Azərbaycan vilayətinin digər şəhəri Şəbistərdə daha bir fəalı nəzarət altına alıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, İranın kəşfiyyat qüvvələri may ayının 21-də Şəbistərin Nadarlı kəndində Məhəmmədrza (Araz) Əmanini saxlayıblar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, məmurlar Nadarlı kəndində Murtəza Nurməmmədini də nəzarət altına almaq üçün evinə müraciət ediblər ancaq onu evdə tapmayıblar.

Kəşfiyyat qüvvələri Əmani və Nurməhəmmədi ailəsinin evində axtarış aparıb və onların bəzi şəxsi əşyalarını müsadirə ediblər.

İranın təhlükəsizlik qüvvələri keçən cümə axşamı günü Təbrizdə Məhəmmədrza Əmaninin qardaşı Hüseyn Əmani daxil olmaqla 6 fəalı saxlayıblar. Hüquq müdafiəçiləri Hüseyn Əmani, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini hazırda İranın Kəşfiyyat Nazirliyi Təbriz şöbəsinin təcridxanasında saxlanıldıqlarını bildirilir.

Fəalların 2006-cı ilin may ayında İran Azərbaycanda baş verən böyük etirazların ildönümü tədbirləri ikə əlqədar saxlanıldığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG