Accessibility links

Təbrizdə siyasi fəal Hüseyn Əmani həbs edilib


Hüseyn Əmani Nadarlı
Hüseyn Əmani Nadarlı

Hüquq müdafiəçiləri Təbrizdə daha bir siyasi fəalın İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Ərk cəmiyyəti kimi hüquq müdafiə qurumlarına istinadən, təhlükəsizlik məmurları Hüseyn Əmani Nadarlını mayın 18-də həbs ediblər.

HRA agentliyinin bildirdiyinə görə, məmurlar türk fəalın evində axtarış aparıb və onun kompüter, kitab, əlyazmaları və mobil telefon kimi şəxsi əşyasını müsadirə ediblər.

Cümə axşamı günü Təbrizdə bir çox siyasi fəalın saxlanıldığına dair xəbərlər yayılıb. Hüquq müdafiəçiləri həmin gün tutulanlardan daha əvvəl Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrinin adlarını təsdiq ediblər.

Fəalların qarşıdan gələn günlərdə keçiriləcəyi gözlənilən 2006-cı ilin may ayında baş verən etirazların ildönümü tədbirləri ilə əlaqadər saxlanıldığı bildirilir.

2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar etirzalara səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi etirazlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG