Accessibility links

Türkiyə seçkiləri üzrə Azərbaycanda 15 seçki məntəqəsində səsvermə keçirilir


Azərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları

Mayın 7-də Bakı vaxtı ilə saat 21-də Azərbaycanın Bakı, Gənə və Naxçıvan şəhərlərində Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermə başa çatacaq.

Belə ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop bildirib ki, 3 gün davam edən səsvermədə Türkiyə vətəndaşları xüsusi fəallıq göstəriblər.

“Səsvermənin 1-ci və 2-ci günündə səsverməyə gələn insanlar arasında sıxlıq müşahidə olunub. Bu gün son gün olduğuna görə gələnlərin sayında azalma var. Ötən seçkilərlə müqayisədə bu seçkilərdə vətəndaşların aktivliyi rekord həddə çatıb”, konsul qeyd edib.

Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

Prezidentlik uğrunda 4 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

XS
SM
MD
LG