Accessibility links

Əkbər Əbulzadə: Təbriz həbsxanasında məhbuslar qeyri-insani şəraitdə yaşayır 


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

Sabiq siyasi məhbus Əkbər Əbulzadə Amerikanın Səsi ilə söhbətdə keçən fevral ayında təqribən 9 ay həbsdən sonra sərbəst buraxıldığı Təbriz həbsxanasındakı vəziyyət haqqında danışıb.

O, Təbriz həbsxanasında təmizlik şəraiti, habelə məhbusların qidalanması və sağlamlığı baxımından vəziyyətin bərbad olduğunu, həbsxananın bəzi bölmələrində isə məhbusların qeyri-insani şəraitdə yaşadığını vurğulayır.

Əkbər Əbulzadə: Təbriz həbsxanasında məhbuslar qeyri-insani şəraitdə yaşayır
please wait

No media source currently available

0:00 0:14:55 0:00
Direct link

Əkbər Əbulzadə keçən 10 il ərzində Dünya Ana Dili Günü tədbirləri, Babək Qalası yürüşü və Urmiyə Gölü etirazlarına qatılması, habelə siyasi məhbusları müdafiə kimi fəaliyyətləri səbəbilə dəfələlərlə nəzarət altına alınmış, həbs və mühakiməyə məruz qalıb. O, ən son 2015 noyabr ayında keçirilən "anti-irqçilik" etirazlarına qatıldığı üçün 10 ay həbsə məhkum olundu.

2015-ci ilin noyabr ayında İranın dövlət telekanalının uşaqlar üçün "Fitilə" adlı proqramında türklərin aşağılanması İran Azərbaycanı, Tehran və Qaşqay Eli kimi bölgələrdə irqçiliyə qarşı geniş etirazlara yol açmışdı.

Əbulzadə keçən fevral ayında həbs müddətini tamamladıqdan sonra sərbəst buraxılıb.

"Fitilə proqramına olan etirazlarda Əhər şəhərində 25 nəfər tutulmuşdu ki, bunlardan 7 nəfərə hökm verilmişdi. 3 nəfər 10 ay və 4 nəfər 7 ay həbsə məhkum olunmuşdu. Mən 'sistemə qarşı təbliğat aparmaq məqsədilə toplaşmaq və əlbir olmaq' və 'qanunsuz qrup təşkil etmək'-də ittiham edilmişdim ki, qrup təşkili ilə bağlı ittihamdan bəraət aldım və diğər ittiham üzündən 10 ay həbsə məhkum edildim," türk fəal bildirib.

Əkbər Əbulzadə həbs müddətini başa vurduqdan sonra keçən fevral ayında Təbrizin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
Əkbər Əbulzadə həbs müddətini başa vurduqdan sonra keçən fevral ayında Təbrizin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

O, 2022-ci ilin iyun ayında həbs müddətini keçirmək üçün öncə sakini olduğu Əhər şəhərinin həbsxanasına göndərilib, bir neçə həftə sonra isə oradan vilayətin mərkəzi Təbriz şəhərinə köçürüldü.

"Həbs müddəti öncə Əhər həbsxanasında başladıldı. Sonra bir aclıq aksiyasından sonra, həbsin qalanını keçirmək üçün sürgün olaraq Təbriz həbsxanasına göndərdilər. Köçürmə vərəqəsində yazılmışdı ki, mənim Əhər həbsxanasında olmağım başqa məhbusların təhrikinə səbəb olur," Əbulzadə qeyd edib.

Əbulzadə müsahibədə Təbriz həbsxanasının vəziyyətini ətraflı şəkildə şərh edib. O, həbsxananın bəzi bölmələrində məhbusların qeyri-insani şəraitdə yaşadığını vurğulayıb.

"Həbsxananın 15-ci bölməsində saxlanılanların əksəriyyəti məhkumiyyəti qətiləşən məhbuslardır. Müxtəlif səbəblərdən dolayı məhkum olanlar burada saxlanılır; quldurluq, qətl, oğurluq, narkotik maddə qaçaqçılığı və digər cinayətlərdən məhkum olanlar da var, siyasi məhbuslar da. Təbriz həbsxanası və xüsusilə də bu bölmənin şəraiti çox pisdir. Dağıntı və darısqaldır, havalandırması yoxdur. Təmizlik və gigiyena imkanları pis durumdadır. Narkotik maddə boldur. Xüsusilə də 15-ci bölmədə qanuni və insani hüquqlar tamamən ayaqlanır. Məhbuslar qeyri-insani bir durumda yaşayır. Misal üçün 130 məhbusun yerləşdirildiyi otaqlarda 75 yataq var. Yataqlar 3 təbəqədə quraşdırılıb. Məhbusların yarısı da ki, yataqların arasında əl-ayaq altında yatır. Bunların məsələn gündüz vaxtı istirahət etmə imkanı yoxdur," sabiq siyasi məhbus əlavə edib.

XS
SM
MD
LG