Fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, İranın Bakıdakı səfirliyi oğlu Fərid Səfərlinin taleyi ilə bağlı aprelin 4-dək məlumat veriləcəyi ilə bağlı vəd versə də hələ də Azərbaycan Xarici İşlər Nazirliynin notasına cavab verməyib.