Accessibility links

İran Azərbaycanının bəzi şəhərlərində Azərbaycan Respublikasının bayrağı quraşdırılıb


Ərdəbildə bir üst keçid körpüsündən asılan "Arxandayıq Azərbaycan" yazılı pankart
Ərdəbildə bir üst keçid körpüsündən asılan "Arxandayıq Azərbaycan" yazılı pankart

Tehran və Bakı arasında baş verən siyasi gərginlikdən sonra Təbriz, Ərdəbil, Tehran və Zəncan şəhərlərində İran Azərbaycanının bəzi milli fəalları şəhərdə Azərbaycan Respublikası bayrağı və plakatlar quraşdırmağa başlayıblar.

Təbriz və Tehran şəhərlərində milli fəalların sosial şəbəkələrində dərc olunan xəbərə görə, bir neçə şəhər Azərbaycan Respublikasının bayrağı və Azərbaycan Respublikasına dəstək məzmunlu plakatlar quraşdırılıb.

Müşahidəçilər hesab edirlər ki, İrandakı azərbaycanlı milli fəalların bu hərəkəti İranın mediasının Azərbaycan Respublikasına qarşı apardığı kampaniyalara cavab olaraq həyata keçirilib.

Tehranda bir üst keçid körpüsünə quraşdırılan Azərbaycan Respublikası bayrağı
Tehranda bir üst keçid körpüsünə quraşdırılan Azərbaycan Respublikası bayrağı

Azad Universitetinin Tehranın şimalındakı kampusunun qarşısındakı üst keçid körpüsündə Azərbaycan Respublikasının bayrağı ilə yanaşı, üzərində “Biz Azərbaycanın özüyük” yazısı olan pankart da asılıb.

Həmçinin Ərdəbildəki milli fəallar bu şəhərin küçələrindən birində “arxandayıq Azərbaycan” yazısı olan pankart quraşdırılaraq, bu ölkəyə dəstək olduqları mesajı veriblər.

İran azərbaycanı xəbərlərini yayımlayan sosial media səhifələrində paylaşılan video-görüntüyə görə, Zəncan şəhərində Azərbaycan Respublikası bayrağının şəhərin dini yerlərindən birində quraşdırıldığı müşahidə olunur.

İran Azərbaycanlılarının milli fəalları və sakinləri tərəfindən Azərbaycan Respublikasına dəstək kampaniyası 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı başlayıb və azərbaycanlı milli fəallar “Biz Azərbaycanın özüyük” şüarı ilə bu ölkəyə dəstək veriblər.

Son zamanlar Azərbaycan ordusunun Laçın yolunun şimalındakı torpaq yollara nəzarət tədbirləri keçirmək üçün hərəkətləri İranın qeyri-rəsmi mediasının mənfi reaksiyası və bəzi rəsmi şəxslərin mənfi şərhləri ilə müşayiət olunur.

İran parlamentinin bəzi üzvləri, o cümlədən Ərdəbilin nümayəndəsi Əli Nikzad və Təbrizin nümayəndəsi Əlirza Münadi Azərbaycan Respublikası əleyhinə şərhlər veriblər. Yarı-rəsmi İSNA xəbər agentliyinin xəbərinə görə, Əli Nikzad öz Twitter hesabında yazıb: “Müqəddəs islam nizamı sərhədlərdə və qonşularında baş verən dəyişikliklərə həssasdır və ambisiyalara sərt cavab verir”.

Təbrizin parlamentdəki millət vəkili olan Əlirza Münadi də İran medialarından biri ilə söhbətində deyib ki, İslam Respublikası Ermənistanla İran sərhədinin kəsilməsinə icazə verməyəcək.

İran xəbər agentliklərinin məlumatına görə, son günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur İran və Ermənistan, İran və Azərbaycan sərhəd bölgəsinə səfər edərək sərhəd mühafizə qüvvələrini ziyarət edib.

XS
SM
MD
LG