Accessibility links

İran Azərbaycanında Almila adlı uşağa şəxsiyyət vəsiqəsi verilmir


İran İslam Respublikasının Qeydiyyat İdarəsi
İran İslam Respublikasının Qeydiyyat İdarəsi

İran Azərbaycanının Makı şəhərində bir valideyn Almila adlı övladlarına şəxsiyyət vəsiqəsi ala bilmir.

Sosial mediada yayılan xəbərlərə görə, İranın Qeydiyyat İdarəsi Makıda azərbaycanlı valideynin övladına şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

İranın Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Makı şəhərinin sakini olan valideynin uşağına Almila adı ilə şəxsiyyət vəsiqəsindən məhrum edilib. Almilanın 5 ay dünyaya gəlməsindən keçməsinə baxmayaraq, indiyə qədər şəxsiyyət vəsiqəsi ala bilmyib. Bu səbəbdən həmin körpə bir çox sosial xidmətlərdən məhrum qalıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumatlı bir şəxsə istinadən, "uşağın şəxsiyyətinin qeydə alınmaması tibbi xidmətlərdən məhrum olmasına səbəb olduğunu" yazıb.

İranda azərbaycanlı ailələrin övladlarına türk adları qoymağa marağı son illərdə artıb. Rəsmilərin sözlərinə görə, İranın Azərbaycan vilayətlərində türk adları ən populyar adlar sırasındadır.

Bununla belə, valideynlər türk adlarını seçərkən həm türk adlarının fars dilinin ortoqrafiyasına uğun yazılması, həm də İran Qeydiyyat İdarəsinin təsdiq etdiyi adların məhdud siyahısı baxımından problemlərlə üzləşirlər.

İranda azərbaycanlı uşaqların adlarına görə şəxsiyyət vəsiqəsindən məhrum edilməsi ilə bağlı xəbərlərin yalnız bir hissəsi mətbuatda əksini tapır.

Bölgədəki hüquq müdafiəçiləri deyirlər ki, İslam Respublikasının İran Azərbaycanında türk adlarının məhdudlaşdırılması ilə bağlı siyasəti insan hüquqlarının pozulmasıdır, çünki beynəlxalq konvensiyalara görə, uşaqlar doğulduğu andan şəxsiyyətlərinin qeydə alınması və sosial xidmətlərdən istifadə etmək hüququna malikdir.

XS
SM
MD
LG