Sima Əlipur Təbriz İnqilab Məhkəməsi tərəfindən çağırılıb.
Hüquq müdafiəçilərinin sosial mediada paylaşdığı məhkəmə çağırış vərəqəsində dərc olunduğu məlumata əsasən, Təbriz İnqilab Məhkəməsinin türk fəal Sima Əlipurun vəkilinə göndərdiyi vərəqədə, ondan işi ilə bağlı müdafiəsini qəbul etmək üçün aprelin 18-də həmin məhkəmənin ikinci şöbəsində hazır olmasını istəyib.
Güneyli cütlük Sima Əlipur və həyat yoldaşı Əli Dirəxşanın "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" və "sistemə qarşı qruplaşmalara üzv olmaq"da ittiham edildiyi bildirilir.
Keçən il mayın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən cütlük bir həftədən artıq kəşfiyyat qüvvələrinin təcridxanasında dindirildikdən sonra hər biri 100 milyon tümənlik girov müqabilində iyunun 6-da Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Təhlükəsizlik qüvvələri cütlüyü həbs edərkən evdə reyd keçirib, onlara aid olan əşyaları o cümlədən komputer və cib telefonların müsadirə etmişdi.