Accessibility links

Təbrizdə iki fəal saxlanılıb, bir fəal isə müvəqqəti azadlığa buraxılıb


Milli fəallar Sima Əlipur, Davud Dirəxşan və Əkbər Cahani
Milli fəallar Sima Əlipur, Davud Dirəxşan və Əkbər Cahani

Təbrizdə milli fəal Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşanın nəzarət altına alındığı, şair və mədəni fəal Əkbər Cahaninin isə müvəqqəti olaraq sərbəst buraxıldığına dair məlumat yayılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bazar günü yaydığı xəbərə görə, Əlipur və Dirəxşani bir neçə gün əvvəl İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınıblar. Agentliyə istinadən, Təbrizli cütlüyün hansı səbəblərə görə həbs edildiyi bəlli deyil.

HRA həmçinin şair, mədəni fəal və Traktor komandasının azarkeşi Əkbər Cahaninin bu yaxınlarda müvəqqəti azadlığa buraxıldığına dair xəbər yayıb.

Cahani təqribən 10 gün nəzarətdə saxlanılıdaqdan sonra mülki zəmanət qarşılığında azad edilib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata görə, İranın təhlükəsizlik qüvvələri keçən may ayının 19-da Təbriz Stadionunda Traktor komandası və Tehranın Persepolis komandası arasında keçirilən matç zamanı baş verən qarışıqlıqdan sonra Əkbər Cahanini saxlayıb və bir neçə saat sorğu-sual etmişdilər. Fəal may ayının 23-də yenidən saxlanılaraq təqribən 10 gün nəzarətdə saxlanılıb.

XS
SM
MD
LG